Astarada çəltik əkininə başlanılıb - 40 hektar ərazidə

12:41 - 6.05.2020


6 may, Fineko/abc.az. Mayın 1-dən başlayaraq Astara rayonunda çəltik əkininə başlanılıb.

ABC.AZ Rayon Aqrar İnkişaf Mərkəzinə istinədən xəbər verir ki, indiyədək 40 hektarda çəltik əkilib. 2019-cu ildə rayonda 236,7 hektar sahədə çəltik əkildiyi halda, bu il bu rəqəmin 300 hektara, gələcəkdə isə 1000 hektara çatdırılması nəzərdə tutulub.

Ötən il rayonda çəltikçilikdə hər hektardan 42 sentner olmaqla, ümumilikdə, 994 ton məhsul istehsal edilib.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər