330x110
 

Hansı halda neftin qiyməti bahalaşa bilər? - Millət vəkilindən açıqlama

06.05.2020,13:59


6 may, Fineko/abc.az. Neftin dünya bazar qiyməti 30 dollarlıq psixoloji həddi keçib. Bu gün Brent markalı neftin 1 bareli 31 dollardan baha təklif olunur.

ABC.AZ xəbər verir ki, millət vəkili Vüqar Bayramov belə deyib və neftə tələbin artmasını dünya iqtisadiyyatının yenidən açılmasına cəhdlərlə əlaqələndirib.

O qeyd edib ki, dünyanın ən aparıcı iqtisadi güc mərkəzi hesab edilən ABŞ-ın Prezidenti “hətta daha çox yoluxmalar və dünyasını dəyişənlər olacağı halda belə ölkə iqtisadiyyatının açılmasının gərəkliyini” bildirib: "Bu haqda Bloomberg agentliyi məlumat yayıb. ABŞ və Avropa Birliyi iqtisadiyatındakı məhdudiyyətlər aradan qaldırılacağı halda enerji məhsullarına tələb yenidən yüksələcək. Xüsusən qədim qitə iqtisadiyyatın yenidən açılarsa və daxili  təyyarə uçuşları bərpa olunarsa bu halda neftə tələbin mərhələli şəkildə artmasını müşahidə edə bilərik. Təbii ki, iqtisadiyyatdakı məhdudiyyətlər aradan qaldırılmazsa "qara qızıla" tələb yenidən azalacaq. Bütün hallarda, neftin dünya bazar qiyməti birbaşa aparıcı ölkələrdə sosial təcrid tədbirlərinin hansı müddətdə tam aradan qaldırılmasından asılı olacaq".

Müəllif: Elmir Murad