330x110
 

Böyük məbləğli hərrac keçirilib - Nəticə

06.05.2020,14:45


6 may, Fineko/abc.az. Bakı Fond Birjasında Mərkəzi Bankın 50101779S dövlət qeydiyyat nömrəli, 150 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

ABC.AZ xəbər verir ki, hərrac zamanı 8 investor tərəfindən qiyməti 99.4773 AZN (6.76%) olan 13 sifariş təqdim edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 224 milyon 557 min 200 manat olub.

Mərkəzi Bankın qərarına əsasən notların kəsmə qiyməti 99.4773 AZN (6.76%), orta ölçülmüş qiyməti 99.4773 AZN (6.76%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 150 milyon manat təşkil edib.

Notların ödəmə tarixi 03.06.2020-ci ildir.