Abşeron Rayon Mərkəzi Xəstəxananın tikintisi üçün ikinci tender elan edilib

14:53 - 6.05.2020


6 may, Fineko/abc.az. Səhiyyə Nazirliyi Xırdalan şəhərində Abşeron Rayon Mərkəzi Xəstəxanasının tikintisi (tibbi avadanlıqlarla təchizatı) (2-ci elan)  üçün açıq tender keçirir.

Tenderdə iştirak haqqı 400 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 03.06.2020 17:00  tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 10.06.2020 17:00 qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 11.06.2020 15:00 tarixində aparılacaq.

Əlaqələndirici şəxs: Əli Abbasov

Telefon: (994 12)   565-12-41

Ünvan: Bakı, Nəsimi rayonu, M.Mirqasımov küçəsi 1A

 

Bütün xəbərlər