Dövlət Neft Fondunda yeni təyinat - Adil Əliyev Müşahidə Şurasına üzv oldu

15:34 - 6.05.2020


6 may, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasında Milli Məclisi təmsil edəcək üzv kimi Parlamentin Sədr müavini Adil Əliyev təyin edilib.

ABC.AZ ARDNF-ə istinadən xəbər verir ki, A. Əliyev 2005-2020-ci illər üzrə Milli Məclisin III, IV, V və VI çağırış deputatıdır və 10 mart 2020-ci ildə Milli Məclis Sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri seçilib.

Milli Məclisin Parlamentlərarası İttifaqdakı nümayəndə heyətinin rəhbəri, Azərbaycan-Qazaxıstan parlamentlərarası dostluq qrupunun rəhbəridir. 2009-cu ildən Müstəqil Dövlətlər Birliyinin Müdafiə və Təhlükəsizlik Komitəsinin Sədr müavinidir. Daha öncələr Azərbaycan Respublikasının Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər