Türkiyə aviaşirkətləri yayda bəzi ölkələlərə uçuşları bərpa edəcək - Siyahıda Azərbaycan yoxdur

16:06 - 6.05.2020


6 may, Fineko/abc.az. Türkiyə aviaşirkətləri yay aylarında ölkə daxili və xarici uçuşları bərpa edəcək.

ABC xəbər verir ki, bu barədə Türkiyənin "Anadolu Ajansı" məlumat yayıb.

Məlumata görə, uçuşlar iyun ayından etibarən, mərhələli şəkildə həyata keçiriləcək. Uçuşların hələlik 19 ölkə ilə bərpası düşünülür ki, onlar arasında Kanada, Qazaxıstan, Əfqanıstan, Yaponiya, Çin, Cənubi Koreya, Sinqapur, Danimarka, İsveç, Almaniya, Norveç, Avstirya, Niderland, Belçika, Belarus, İsrail, Kuveyt, Gürcestan və Livan da var.

Əvvəlcə həftə ərzində 75-dək reysin həyata keçirilməsi planlaşdırılır. İyul və avqustda isə reys və istiqamət sayında artım gözlənilir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər