Ən çox işsiz Bakıda, ən az isə Naxçıvandadır - Rəqəmlər

16:42 - 6.05.2020


6 may, Fineko/abc.az. Azərbaycanda ən çox işsizlərin olduğu şəhərin adı məlum olub.

ABC.AZ xəbər verir ki, bu ilin aprel ayının 1-nə olan göstəricilərə görə, məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 100,8 min nəfər olub.

Onların 36,9%-ni qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 309 manat olub. Ən çox işsiz şəxslər paytaxtdadır. Belə ki, Bakıda 27 min 962 nəfər işsiz var. Ölkədə ən az işsiz isə Naxçıvandadır. Belə ki, Muxtar Respublikanın ərazisində 86 nəfər işsiz vətəndaş var.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər