Əmək müqavilələrinə maraq artıb - Sayı çoxalıb

16:54 - 6.05.2020


6 may, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək müqaviləsi bildirişi” altsistemindən mayın 1-də əldə olunan məlumata əsasən bu ilin əvvəlindən əmək müqavilələrinin sayı 105 min artıb.

ABC.AZ xəbər verir ki, bunu  Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev qəzetlərdən birinə verdiyi müsahibədə bildirib.

O qeyd edib ki, əvvəlindən əmək müqavilələrinin sayında artımın davam etməsi də aparılan bu işlərin, xüsusilə işəgötürənlərə və işçilərə qeyri-formal məşğulluğa son qoyulması barədə dövlət başçısı tərəfindən edilən çağırışların uğurlu nəticəsidir. "Daha bir müsbət ondan ibarətdir ki,  105 min əmək müaviləsi artımının 94 minə yaxını özəl sektorun payına düşür" deyə nazir qeyd edib. S.Babayev, eyni zamanda yanvar-aprel ayları ərzində ölkəmizdə əməkhaqqı fondun da 8 faiz, özəl sektor üzrə əməkhaqqı fondunun isə 12 faiz artdığını diqqətə çatdırıb.

 

Bütün xəbərlər