Banklardakı əmanətlərin faiz dərəcəsi artırıldı - 2 faiz

10:48 - 7.05.2020


7 may, Fineko/abc.az. Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) Himayəçilik Şurası Maliyyə Sabitliyi Şurasının tövsiyyəsinə əsasən Mərkəzi Bankla razılaşdırılmaqla 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10%-dən 12%-dək qaldırılması barədə qərar qəbul edib.

ABC.AZ Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) istinadən xəbər verir ki, ƏSF-yə üzv olan banklarda xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 2,5% təşkil edir.

Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər, sığorta haqları yalnız banklar tərəfindən ödənilir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər