Bölgələrdə 9 modul tipli məktəblər quraşdırılacaq - Siyahı

11:04 - 7.05.2020


7 may, Fineko/abc.az. Prezidentin müvafiq Sərəncamı ilə bu il  cənub bölgəsində 9 modul tipli yeni məktəb binası inşa ediləcək.

ABC.AZ xəbər verir ki, yeni məktəb binalarından ikisi Astaranın Şəvqo və Xıçaso kəndlərində quraşdırılacaq.

Buradakı məktəblərin hər biri 40 şagird yerlik olacaq. Bununla yanaşı Cəlilabadın üç yaşayış məntəqəsində - Badamağac kəndində 20, Qarğılı kəndində 40 və Əliabad kəndində 96 şagird yerlik modul tipli məktəb inşa ediləcək. Lerik rayonunda isə 4 kənddə - Xanagah kəndində 96, Davidoni kəndində 20, Yuxarı Veri kəndində 80 və Brkandul kəndində 96 şagird yerlik modul tipli məktəblər quraşdırılacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər