Avtobus və taksilərdə şəffaf arakəsmələr quraşdırılır - Proses başlayıb

11:41 - 7.05.2020


7 may, Fineko/abc.az. Bakıda avtobuslarda sərnişinlərlə sürücünün fiziki təmasını istisna edən şəffaf arakəsmələrin quraşdırılmasına başlanılıb.

Bakı Nəqliyyat Agentliyindən ABC.AZ-a bildirilib ki, artıq 200 avtobusda bu cür arakəsmələr quraşdırılıb. Quraşdırma işləri əsasən axşam saatlarında avtobuslar qaraja qayıtdıqdan sonra həyata keçirilir.

Həmçinin sərnişindaşımalara cəlb edilən 553 avtobusda istehsalçı tərəfindən müvafiq standartlara uyğun sürücü kabinləri mövcuddur. Avtobuslarla yanaşı taksi minik avtomobillərində də şəffaf arakəsmələr quraşdırılır. Ötən gün 300 taksi minik avtomobilində quraşdırma işləri yekunlaşıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər