Bu rayonda heyvandarlıq məhsullarının istehsalı artıb - 24 faiz

12:47 - 7.05.2020


7 may, Fineko/abc.az. Kürdəmir rayonunda ilin ilk dörd ayında heyvandarlıq məhsulları istehsalı bütün göstəricilər üzrə artıb.

ABC.AZ Rayon statistika idarəsinə istinadən xəbər verir ki, aqrar sektorun aparıcı sahələrindən olan heyvandarlıqda intensiv artım davam edir.

Belə ki, ilin ilk dörd ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 0,5 faiz, süd istehsalı 1,3 faiz, yumurta istehsalı isə 0,2 faiz artıb.

Kənd təsərrüfatı müəssisələrində heyvandarlıq məhsullarının artım sürəti daha yüksək olub. Heyvandarlıq məhsulları istehsalı ilə məşğul olan müəssisələrdə süd istehsalı 22,8 faiz, ət istehsalı isə 1,3 faiz çoxalıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər