Bu ayda da banklardan əmanətlərin çıxarılması davam edəcək - Ekspert

14:09 - 7.05.2020


7 may, Fineko/abc.az. May ayında da şirkətlər və əhali banklardan əmantlərini geri çəkməkdə davam edəcək.

Bunu ABC.AZ-a ekspert Samir Əliyev Əmanətlərin Sığortanması Fondunun qorunan əmanətlərin faizini artırmasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, əhali əmanətlərini geri çəkib, onun bir hissəsini dollara çevirib, yenidən banklarda yeləşdirib. S.Əliyev buna misal olaraq dollarla olan əmanətlərdə cüzi artımın olmasını göstərdi: "Amma manat əmanətlərində azalma var. Əhali devalvasiyadan, bankların bağlanmasında qorxaraq əmanətlərini geri çəkib. Qeyri-maliyyə təşkilatları, şirkətlərdə də vəziyyət elədir. Şirkətlər də öz əmanətlərini azaltmağa başlayıblar. Düşünürəm ki, may ayında da proses davam edəcək. Əmanətlərin Sığortalanması Fondunun sığotalanan əmanətlərin faiz dərəcəsini 10-dan 12 faizə qaldırmasının kökündə də ehtiyatlılıq dayanır. Yəni əhalinin əmanətlərini geri çəkəcəyindən narahatdılar. Əmanətlərin geri çəkilməsi isə kredit vermək üçün mənbə kimi istifadə etdikləri depozitlərin azalmasına gətirib çıxara bilər. Çünki hazırda ümumi kredit qoyuluşunda depozitlərin payı 70 faizdir. İnsanlar əmanətlərini götürərsə banklarda likvidlik yarana bilər və eyni zamanda banklar kredit verməkdə çətinlik çəkə bilər. Onsuzda kreditlərin ödənişində çətinlik yaranıb, əmanətlərin də geri çəkilməsi banklarda çox ciddi problemlərə səbəb ola bilər".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər