Azərbaycanda həkim geyimləri istehsal edən müəssisə açılacaq

15:03 - 7.05.2020


7 may, Fineko/abc.az. Yaxın vaxtlarda həkimlər üçün xüsusi geyimlər istehsal edən müəssisə işə salınacaq.

Bunu Prezident İlham Əliyev “Mir” televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı həmçinin koronavirusla mübarizəyə cəlb edilən tibbi heyətin sosial təminatından da danışıb: "Bu kateqoriyadan olan tibb işçilərinin əməkhaqqı müvafiq olaraq 3, 4 və 5 dəfə artırılıb. Yeni laboratoriyalar alınıb. Bu gün laboratoriyaların sayı artıq 23-dür. Bu bizə gündə bir neçə min test keçirmək imkanı yaradır. Ümumilikdə 160 mindən çox test keçirilib və əhalinin bir milyon nəfərinə düşən testin sayına görə Azərbaycan ön sıralardadır".

 

Bütün xəbərlər