Qonşu ölkə turistlər üçün qapılarını açır - İyulda

15:16 - 7.05.2020


7 may, Fineko/abc.az. Gürcüstanın baş nazir Giorgi Qaxariya ölkəsinin turistlər üçün sərhədlərini açacağı tarixi açıqlayıb.

ABC.AZ Gürcü mediasına istinadən xəbər verir ki, baş nazir 15 iyundan etibarən Gürcüstan yerli turizm xidmətləri üçün açılacağını qeyd edib.

"1 iyuldan etibarən isə, Gürcüstan xarici turistləri qəbul etmək üçün hazır olacaq. Biz bunu qonşularımızla  sərhədlərdə təhlükəsiz koridorlar yaradaraq, həmçinin turizm baxımından bizim üçün maraqlı olan ölkələrlə edəcəyik" deyə Qaxariya bildirib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər