Bu yollar bağlanır - Siyahı

16:50 - 7.05.2020


7 may, Fineko/abc.az. Sabah axşam saatlarından Bakının Yusif Səfərov küçəsinin kəsişməsindən 28 may küçəsinin kəsişməsinə qədər olan Mehdi Mehdizadə küçəsində və 28 may küçəsinin Mehdi Mehdizadə küçəsi ilə Kövkəb Səfərəliyeva küçəsinin kəsişməsinə qədər olan hissəsində hərəkət qısa müddətə məhdudlaşdırılacaq.

Bu barədə ABC.AZ- Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq altentaiv yollardan istifadə etmələri tövsiyyə olunur.

 

Bütün xəbərlər