330x110
 

İyun ayında 11-ci siniflərin imtahanı olacaq - Məleykə Abbaszadə

07.05.2020,17:55


7 may, Fineko/abc.az. 11-ci sinifin buraxılış imtahanları iyun ayında nəzərdə tutulub.

ABC.AZ xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O qeyd edib ki, burada demək olar ki, heç bir dəyişiklik yoxdur: "Məzmunla əlaqədar dəyişiklik ondan ibarət olacaq ki, mart, aprel, may, iyun ayında nəzərdə tutulan mövzular imtahan zamanı qiymətləndirilməyəcək. Proqramda dəyişikliklər aparılacaq. Proqramdan hansı mövzular çıxarılacaqsa, saytımızda yerləşdirəcəyik. Bundan əlavə xüsusi broşurlar paylanacaq məktəblərə, həmin broşürlərdən dəyişiklikləri müəyyənləşdirə bilərsiniz".

Müəllif: Elmir Murad