Neft 100 ABŞ dollarına qədər artacaq - Məşhur milyarderdən açıqlama

10:20 - 8.05.2020


8 may, Fineko/abc.az. Bir il yarım ərzində neftin bir barelinin qiyməti 100 ABŞ dollarına qədər artacaq.

ABC.AZ xarici KİV-lərə istinadən xəbər verir ki, bunu “Orascom Telecom” holdinqinin rəhbəri, Misir milyarderi Naqib Saviris deyib.

O qeyd edib ki, əminəm ki, 18 aydan sonra neftin qiyməti 100 dollar/barelə çatacaq.

Onun fikrincə, Rusiya və Səudiyyə Ərəbistanı bazardan ABŞ şist nefti istehsalçılarını çıxarmaq üçün qiymət müharibəsinə başlayıblar: "Moskva və Ər-riyad “qara qızıl”ın qiymətinin düşəcəyini bilirdilər, ancaq “rəqibi öldürmək” üçün vəziyyəti çətinləşdirdilər, sonradan da neftin bir barelinin qiymətinin 50 və 60 ABŞ dolları olacağını gözləyiblər. Hesab edirəm ki, bu ABŞ-a qarşı bir  oyundur”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər