Azərbaycanda bankların kapital bazarlarına inteqrasiyası mexanizmi işlənib hazırlanacaq

12.01.2018,11:50


12 yanvar, Fineko/abc.az. Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) keçən ilin yekunlarına və 2018-ci ildə qarşıda duran məsələlərə həsr olunan iclas keçirilib.

Palatadan verilən məlumata əsasən, iclas, Palatanın baş icraçı direktoru İbrahim Alışovun sədrliyi ilə keçirilib.

“İclasda, bank sektorunun sağlamlaşdırılması, sığorta sektorunun təkmilləşdirilməsi üzrə mexanizmlərin yaradılması, habelə, qiymətli kağızlar bazarının inkişafı və bankların kapital bazarlarına inteqrasiyası məsələlərinə dair təkliflər dinlənilib”, - məlumatda belə deyilir.

 

Açar sözlər: MBNP