Debet və kredit kartları ilə aparılan əməliyyatlar artıb - 20 faiz çoxalıb

12:16 - 8.05.2020


8 may, Fineko/abc.az. Debet və kredit kartlarına maraq artıb.

ABC.AZ xəbər verir ki, Azərbaycanda kredit kartlarına marağın artması əməliyyatların həcminə də təsirsiz ötüşməyib.

Belə ki, aprelin 1-nə olan məlumata görə, debet və kredit kartları ilə aparılan əməliyyatların həcmi 18,537 mln ədəd, məbləği isə 2,673 mln manat təşkil edib.

Martın 1-nə olan göstərici ilə müqayisədə kartlarla aparılan əməliyyatalrın məbləği 457 mln manat və ya 20% artıb. İlin əvvəli ilə müqayisədə isə debet və kredit kartları ilə aparılan əməliyyatların həcmi 786 mln manat və ya 41% çox olub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər