Müvəqqəti vergi rejimi tətbiq olunacaq - Vergi Məcəlləsinə dəyişiklik

14:20 - 8.05.2020


8 may, Fineko/abc.az. Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar müvəqqəti vergi rejimi tətbiq ediləcək.

ABC.AZ xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə yeni - XVIII fəsilə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihə  Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının 5.1-5.11-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə hazırlanıb və pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) bir sıra istiqamətləri əhatə edən vergi güzəştlərinin və tətillərinin verilməsini nəzərdə tutur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər