DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirib - Saxlanılanlar var

15:03 - 8.05.2020


8 may, Fineko/abc.az. Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsi Mədəniyyət Nazirliyində aparılan əməliyyatla bağlı açıqlama yayıb.

ABC.AZ xəbər verir ki, məlumatda Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirildiyi qeyd olunub.

Aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

 

Bütün xəbərlər