Salyanda bu qədər istixana var - Say

16:36 - 8.05.2020


8 may, Fineko/abc.az. Salyan rayonun ayrı-ayrı yaşayış məntəqələrinin ərazisində fəaliyyət göstərən istixana komplekslərində tərəvəz yığımına başlanılıb və 1156,7 ton məhsul toplanılıb.

ABC.AZ Rayon Statistika İdarəsinə istinadən xəbər verir ki, tədarük olunan məhsulun 953,1 tonunu pomidor, 203,6 tonunu isə xiyar təşkil edib.

Yığılan məhsulun əksər hissəsi daxili bazarlara göndərilir. Qiymətlər də təsərrüfat sahiblərinin ürəyincədir. Qeyd edək ki, hazırda Salyanda 140 hektar ərazisi olan 176 istixana kompleksi mövcuddur. Ötən il bu istixanalardan 19 min 973,5 ton pomidor–xiyar yığılıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər