MİDA Gəncədə iki tender keçirir

16:39 - 8.05.2020


8 may, Fineko/abc.az. “MİDA” MMC Gəncədə iki tender elan edir.

Tender 1. Gəncədə, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar ərazinin şaquli planlaşdırılması, səkilər və yollar, abadlıq və yaşıllaşdırma işlərinin satın alınması üçün açıq tender keçirir.Tenderdə iştirak haqqı 500 manatdır.

Tender 2.  Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar sahəxarici və sahədaxili su təchizatı, təsərrüfat-məişət kanalizasiya şəbəkəsi işlərinin satın alınması üçün açıq tender keçirir.Tenderdə iştirak haqqı 500 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 12.05.2020 15:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 20.05.2020 15:00 qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 21.05.2020 15:00 tarixində aparılacaq.

Əlaqələndirici şəxs: Vəliyev Zahid

Telefon: (994 12)   594-54-01 (238)

 

Bütün xəbərlər