"Ekspress"-lərlə sərnişindaşımalar davam etdiriləcək - Müraciətə cavab verildi

17:19 - 8.05.2020


8 may, Fineko/abc.az. Ekspress marşrut xətləri üzrə sərnişindaşımalar davam etdiriləcək.

Bakı Nəqliyyat Agentliyindən ABC.AZ-a bildirilib ki, çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq M1, M2, M3, M4, M5, M6 və M7 ekspress marşrut xətləri üzrə sərnişindaşımalar davam etdiriləcək.

Qeyd edilən ekspress xətlərin iş qrafikində də hər hansı bir dəyişiklik edilməyib. Hər hansı dəyişiklik ediləcəyi təqdirdə bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək. Agentlik sərnişinləri dayanacaqlarda və nəqliyyat mübadilə mərkəzlərinin ərazisində, eləcə də avtobuslarda qoruyucu maskalardan istifadə etməyə və sosial məsafəni gözləməyə çağırıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər