Metro ilə daşınan sərnişinlərin statistikası açıqlanıb - Rəqəmlər

17:30 - 8.05.2020


8 may, Fineko/abc.az. Karantindən öncə iş günlərində bir gün ərzində 800 min, şənbə günləri 600 min, bazar günü 450 min sərnişin daşınıb.

ABC.AZ xəbər verir ki, bunu “Bakı Metropoliteni”nin sədri Zaur Hüseynov Operativ Qərərgahdakı brifinqdə deyib.

O qeyd edib ki, ildə orta hesabla bir gün ərzində 650 min sərnişin daşınırdı: “Lakin yanvarda 39 milyon sərnişin daşınmaqla statistikada artım qeydə alınıb. Mart ayında isə daşınmalar azalıb, ümumi 12 milyon sərnişin daşınıb”. 

 

Bütün xəbərlər