Metroda maska taxmayanlarla bağlı açıqlama - Cərimələnəcəklər

17:35 - 8.05.2020


8 may, Fineko/abc.az. Metroda maska taxmayanlar cərimələnəcək.

ABC.AZ xəbər verir ki, bunu “Bakı Metropoliteni”nin sədri Zaur Hüseynov Operativ Qərərgahdakı brifinqdə deyib.

O bunun həyata keçiriləcəyi formanı belə izah edib: "Metropoliten stansiyalarda maska taxmayan şəxslərlə bağlı cərimə mexanizmini metroda fəaliyyət göstərən polis şöbəsinin əməkdaşları təmin edəcək. Metroda mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq. Təmas olan yerlər, vestibüllər, tutacaqlar gündə 3 dəfə dezinfeksiya olunacaq”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər