Metroda bir sərnişinin daşınma xərci açıqlanıb - Gediş haqqından çoxdur

17:44 - 8.05.2020


8 may, Fineko/abc.az. Metroda bir sərnişinin daşınması xərci açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, "Bakı Metropoliteni”nin sədri Zaur Hüseynov Operativ Qərərgahda keçirdiyi brifinqdə qeyd edib ki, 1 sərnişinin daşınma xərci 48-56 qəpik arasında dəyişir.

O bildirib ki, hazırda bir sərnişin daşınması 52 qəpiyə başa gəlir: "Sərnişin daşınması xərcləri həmişə stabil olmur. Burada amortizasiya xərcləri məsələsi də nəzərə alınır".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər