Avropa Komissiyası Azərbaycana vəsait ayıracaq - Məbləğ

11:54 - 11.05.2020


11 may, Fineko/abc.az.  Avropa Komissiyası qonşu ölkələrdə Avropa İttifaqı (Aİ) barədə müsbət rəy formalaşdırmaq üçün 15,8 milyon avro vəsait ayıracaq.

ABC.AZ xarici KİV-lərə istinadən xəbər verir ki, vəsait “Avropa Qonşuluq Siyasəti” proqramının iştirakçılarına ayrılacaq.

Prqorama əsasən Gürcüstan, Azərbaycan, Belarus, Ermənistan, Moldova və Ukraynaya təxminən 10 milyon avro xərclənəcək. Qalan vəsait Suriya, Liviya, Misir və cənubda Aİ ilə qonşuluq edən digər dövlətlərə yönəldiləcək. Layihənin məqsədi barədə sənəddə belə yazılıb:  “Bu proqramın ümumi məqsədi kommunikasiya sahəsində xüsusi hazırlanmış strateji tədbirlər vasitəsilə Avropa İttifaqı və onun siyasəti haqqında ictimaiyyətin məlumatlılığını artırmaq və dərinləşdirmək, habelə qonşu ölkələrin ərazisində Aİ ilə bağlı ictimai rəyi yaxşılaşdırmaqdır”.

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər