330x110
 

Kolleclərə qəbul imtahanının vaxtı açıqlandı - Tarix

11.05.2020,12:37


11 may, Fineko/abc.az.  Orta ixtisas təhsili müəssisələrinə qəbul buraxılış imtahanlarının ikinci mərhələsinin nəticələri əsasında aparılacaq.

ABC.AZ-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə Operativ Qərərgahda brifinq zamanı bildirib.

O deyib ki, bu il 19 mindən artıq şagird kolleclərə qəbul üçün müraciət edib: “11 illik təhsil bazasından kolleclərə ərizə qəbulu mayın 11-dən iyunun 5-dək davam edəcək. İmtahan iyunda olacaq”.

 

 Müəllif: Elmir Murad