Ali məktəblərə qəbul nə vaxt olacaq? - Açıqlama

12:58 - 11.05.2020


11 may, Fineko/abc.az.  Ali məktəblərə qəbul bu il bir dəfə keçiriləcək. İmtahanlar iyulun 20-dən sonra olacaq.

ABC.AZ-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə ötən həftə Operativ Qərərgahda brifinq zamanı bildirib.

O qeyd edib ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarına mart-iyun ayında proqramda nəzərdə tutulan mövzulardan sual salınmayacaq. "Ali məktəblərə sənəd qəbulu mayın 12-dən iyunun 5-dək həyata keçiriləcək" deyə M.Abbaszadə qeyd edib.

 

 Müəllif: Elmir Murad

Bütün xəbərlər