ÜST karantini yumşaldan ölkələrə xəbərdarlıq etdi - Tədricən olmalıdır

12.05.2020,10:10


12 may, Fineko/abc.az. Dünyada COVID-19-a yoluxanların sayı 4 milyon nəfəri ötüb.

ABC.AZ xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi brifinqdə bildirib.

O bu gün dünyada COVID-19-a 4 milyondan çox yoluxmanın qeydə alındığını xatırladaraq bir çox ölkələrin artıq COVID-19-la mübarizə üçün tətbiq edilmiş məhdudiyyətləri tədricən aradan qaldırmağa başladığını bildirib.

Onun fikrincə, belə hərəkətlər hər ayrı ölkədə pandemiya ilə bağlı vəziyyətin inkişafı nəzərə alınaraq tədricən olmalıdır.

Müəllif: Elmir Murad