Azəri Çıraq Günəşli üzrə fəaliyyətə bu qədər pul xərclənib - BP Azərbaycandan hesabat

11:01 - 12.05.2020


12 may, Fineko/abc.az. BP Azərbaycan şirkəti 2020-ci ilin birinci rübünün yekunları üzrə Biznes əməliyyatları hesabatını dərc edib.

ABC.AZ hesabata istinadən xəbər verir ki, 2020-ci ilin birinci rübü ərzində Azəri Çıraq Günəşli üzrə fəaliyyətlərə təxminən 150 milyon dollar əməliyyat məsrəfləri və 522 milyon dollara yaxın əsaslı məsrəflər xərclənib.

Rüb ərzində Azəri Mərkəzi Şərqi (ACE) layihəsi çərçivəsində inşa olunan platformanın üst modullarının, o cümlədən qazma modulunun, quraşdırılması Bibiheybətdəki tikinti-quraşdırma sahəsindı davam edib. Lakin rübün sonuna yaxın pandemiyanın yaratdığı məhdudiyyətlər materialların və iri avadanlıqların çatdırılmasında gecikmələrə səbəb olub və bu da tikini işlərində fasilələrlə nəticələnib. Yaşayış blokunun inşası İsveçdə davam edib.

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda inşa olunan dayaq blokunun tikintisi də irəliləyib. Dayaq bloku payalarının quraşdırılması artıq başa çatıb və bu ilin  sonlarına yaxın payaların dənizdə quraşdırılması planlaşdırılır. Dərin Özüllər Zavodunun tikinti sahəsində sualtı qurğuların inşası başlanıb, sualtı boruların örtüklənməsi işləri Xəzər Boru Örtüklənməsi -  “Caspian Pipe Coating (CPC)”,  müəssisəsində davam edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər