Daha 4 neft hasilatı quyusu qazılıb - Azəri Çıraq Günəşli yatağında

11:16 - 12.05.2020


12 may, Fineko/abc.az. 2020-ci ilin birinci rübündə Azəri Çıraq Günəşlidən (AÇG) stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.

ABC.AZ BP Azərbaycan şirkətinin hesabatına istinadən xəbər verir ki, rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (39 000), Mərkəzi Azəri (136 000), Qərbi Azəri (125 000), Şərqi Azəri (78 000), Dərinsulu Günəşli (95 000) və Qərbi Çıraq (51 000) platformalarından birlikdə – gündə orta hesabla 524 000 barel və ya ümumilikdə təxminən 48 milyon barel, yəni 6,4 milyon tondan artıq olub.

Rübün sonunda AÇG-də ümumilikdə 129 neft hasilat quyusu, 42 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.

Rüb ərzində AÇG-də 4 neft hasilat quyusu qazılıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər