Gürcüstan uçuşları bərpa edəcək - 18 avia şirkətlə razılıq

11:39 - 12.05.2020


12 may, Fineko/abc.az. "Gürcüstan hava bazarında təmsil olunan, 38 şirkətdən artıq 18-i ilə uçuşları bərpa etmək üçün lazılıq əldə olunur".

ABC.AZ Gürcü mediasına istinadən xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Natia Turnava deyib. Nazir bildirib ki, bir sıra avia şirkətlərlə aparılan danışıqlar artıq nəticə verib: “Bir sıra avia şirkətlərlə aparılan danışıqlar artıq nəticə verir. Gürcüstan hava bazarında fəaliyyət göstərən 38 aviaşirkətdən 18-i ilə uçuşların bərpa olunması ilə bağlı artıq razılığa gəlinib. Əlbəttə ki, uçuşlardan əvvəl dövlətlərimiz arasında diplomatik səfirlərimiz vasitəsilə bir dəhliz yaradılmalıdır. Mən deyərdim ki, biz turizm mövsümünün açılışına tam hazır olacağıq".

Qeyd edək ki, Gürcüstan hökuməti xarici turistlər üçün, qapılarını 1 iyuldan etibarən açmağı planlaşdırıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər