Şahdənizdə hasilat artıb - Hesabat

12:10 - 12.05.2020


12 may, Fineko/abc.az. Bu ilin birinci rübündə Şahdəniz üzrə fəaliyyətlərə 219 milyon dollara yaxın əməliyyat xərcləri və 219 milyon dollar əsaslı xərclər çəkilib.

ABC.AZ-ın məlumatına görə, əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.

Rüb ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam edib.  İlin ilk üç rübündə yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 4,7 milyard standart kubmetr qaz və 1 milyon ton (7,7 milyon barel) kondensat hasil edilib.

Bu isə 2018-ci ilin iyul ayının sonunda Şahdəniz Bravo platformasından ilk qaz əldə edildiyi vaxtdan hasilatın tədricən artmaqda davam etdiyini göstərir. Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 56 milyon (ildə 20 milyarddan artıq) standart kubmetrdir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər