Bakı Fond Birjasının dövriyyəsi 2017-ci ildə 2,4 dəfə artıb

13:25 - 12.01.2018


12 yanvar, Fineko/abc.az. Bakı Fond Birjasının dövriyyəsi, 2016-cı il ilə müqayisədə,  2017-ci ildə 2,4 dəfə artıb.

Bakı Fond Birjasının məlumatına əsasən, 2017-ci ildə Fondun dövriyyəsi,  bütün maliyyə alətləri üzrə keçirilmiş 87 334 əqdlərin üzrə 13 618 mln. manat (13 618 506 591,06 AZN) təşkil etmişdir.

Törəmə alətlərin dövriyyəsi  83 722 əqd üzrə 5 932,475 mln. manat (5 932 475 708,79 AZN) təşkil etmişdir.

O cümlədən, 5 531, 326 mln. manat (5 531 326 527 AZN) məbləğində valyuta üzrə 75 316 əqd və 401 mln. manat (401 149 182 AZN) məbləğində əmtəə üzrə 8 406 əqd  keçirilib.

Dövlət qiymətli kağızlar üzrə dövriyyə  6 066,555 mln. manat  (6 066 555 117,67 AZN) həcmində 1096 əqd təşkil edib ki, bu da  2016-cı il ilə müqayisədə (836 158 061, 99 AZN) 7,26 dəfə  artım deməkdir. Onlardan Maliyyə Nazirliyinin istiqrazlarının payına  839,418 mln. manat (839 418 410,59 AZN), Mərkəzi Bankın notlarının payına isə 5 227,136 mln. manat (5 227 136 707,08 AZN) düşür.

Pay bazarı üzrə dövriyyə  709,609 mln. manat (709 609 702,02 AZN), borc alətləri üzrə dövriyyə 858,315 mln. manat (858 314 883,35 AZN), REPO əməliyyatları üzrə dövriyyə isə 51,551 mln. manat (51 551 179,23 AZN) təşkil etmişdir.

2016-cı ildə birja dövriyyəsi 48729 əqd üzrə 5696,131 mln. manat, 2015-ci ildə isə 53367 əqd üzrə 8455,508 mln. manat təşkil etmişdir. Drayver qismində, həcmi 28,3% azalmış törəmə alətləri çıxış etmişdir. 2016-cı ildə onlar, BFB-nın dövriyyəsinin əsasını təşkil etmişdir. Belə ki, dövriyyə, 45833 əqd üzrə  4440,677 mln. manat,  2015-ci ildə isə 48814 əqd üzrə 6194,377 mln. manat təşkil etmişdir.

 

 

Bütün xəbərlər