"NBCBank" və "AGBank"-ın lisenziyaları ləğv edildi - Mərkəzi Bank qərar verdi

12:56 - 12.05.2020


12 may, Fineko/abc.az. Mərkəzi Bankın İdarə Heyəti tərəfindən 12 may 2020-ci il etibarən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci və 16.1.9-cu maddələrinə əsasən “AGBank” ASC-nin və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.8-ci, 16.1.9-cu və 16.1.16-cı maddələrinə əsasən “NBCBank” ASC-nin lisenziyaları ləğv edilib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.

Ləğvedici tərəfindən bankların öhdəliklərinin icrası ilk növbədə əmanətlərin qaytarılmasından başlayacaq. Aktivlərin reallaşdırılmasından və əmlakın satışından daxil olan vəsaitlər sözügedən bankların digər öhdəliklərinin (biznes subyektlərinin, eləcə də əmanətlərin sığortalanması sxemi ilə əhatə edilməmiş fiziki şəxslərin qarşısında olan öhdəliklərinin) qanunvericiliklə müəyyən edilmiş növbəliklə icrasına yönələcəkdir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər