330x110
 

Bəzi sığorta şirkətlərinin vəziyyəti daha da kritikləşə bilər - Xəyal Məmmədxanlı

12.05.2020,14:01


12 may, Fineko/abc.az. Pandemiya bütün sektorlara olduğu kimi sığorta sektoruna da ciddi ziyan vurmaqdadır.

Dünyanın nəhəng sığorta şirkətləri artıq yaşamaq uğrunda mübarizə planları qururlar. Bütün dünyada iqtisadi fəallığın aşağı düşməsi, dövlət və inzibati resursların pandemiya ilə mübarizəyə səfərbər edilməsi sığorta yığımlarının azalmasına səbəb olub. Demək olar ki, elə bir sığorta növü yoxdur ki, orda azalma müşahidə olunmasın.

Bunu ABC.AZ-a sığorta eksperti Xəyal Məmmədxanlı pandemiyanın sığorta sektoruna təsirini şərh edərkən deyib.

O qeyd edib ki, yığımların aşağı düşməsi fonunda baş vermiş sığorta hadisələrinin davam etməsi şirkətlərin zərərliliyinə ciddi təsir göstərməkdədir: "Xüsusilə də ana şirkətdən və ya konkret bzineslərdən asılı olan keptiv şirkətlər daha çox təhlükə altındadır. Azərbaycanda da sığorta sektorunda geriləmələr nəzərə çarpır. Lakin, sığorta sektorunun vəziyyəti daha çox pandemiyanın nə qədər davam edəcəyindən asılıdır. Əgər qısa zamanda iqtisadi və sosial həyatımız əvvəlki tempinə qayıda bilərsə, sığorta sektoru da vəziyyətdən daha az zərərlə çıxacaq. Lakin, hər bir halda bəzi sığorta şirkətlərinin vəziyyəti daha da kritikləşə bilər. Belə şirkətlərə lisenziyası dayandırılmış bankların nəzdində fəaliyyət göstərən sığorta şirkətlərini, likvidlik və kapital problemləri olan sığorta şirkətlərini və portfeli daha çox bir, lakin zərərli sığorta növündən ibarət olan sığorta şirkətlərini aid etmək olar".

Müəllif: Elmir Murad