330x110
 

Sahibkarlara göstərilən maddi yardım 100 milyon manata yaxındır - Açıqlama

12.05.2020,14:56


12 may, Fineko/abc.az. Pandemiya nəticəsində zərərə məruz qalmış sahibkarlara 96 106 min manat maliyyə dəstəyi göstərilib.

ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün dövlət büdcəsindən bu günkü tarixə 21 tranş çərçivəsində ümumilikdə 96 106 min manat ayrılaraq maliyyələşməsi həyata keçirilib.

Sahibkarların müraciəti ilə İqtisadiyyat Nazirliyi tərəfindən formalaşdırılaraq təqdim olunmuş sifarişlər əsasında Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının ödənilməsi üçün 21 817 vergi ödəyicisinə 43 585 min manat, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 87 300  fərdi (mikro) sahibkara 52 515 min manat olmaqla, ümumilikdə 109 117 vergi ödəyicisinə 96 106 min manat vəsaiti onların müvafiq agent banklarda olan hesablarına köçürüb.

Müəllif: Elmir Murad