BP şirkətində işləyən Azərbaycan vətəndaşlarının sayı açıqlandı - 2000-dən çoxdur

15:21 - 12.05.2020


12 may, Fineko/abc.az. Birinci rübün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2517 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

ABC.AZ-ın məlumatına görə, bu barədə BP Azərbayacn şirkətinin bu ilin birinci rübü üçün açıqladığı hesabatında qeyd olunub.

2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.

BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər