Ekologiya Nazirliyi yanvarın 17-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi barədə xəbərdarlıq edir

12.01.2018,15:17


12 yanvar, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbər verir ki, yanvarın 13-də axşam şimal rayonlarından başlayaraq yanvarın 17-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Nazirliyin məlumatında bildirilir ki, qərb küləyinin sürəti bəzi yerlərdə güclənəcək.

Havanın temperaturu, əvvəlki günlərlə müqayisədə, tədricən 3-5 dərəcə aşağı enəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimal olunur.

 

Açar sözlər: Ekologiya hava şəraiti