Tramp neftin bahalaşma səbəbini açıqlayıb

10:07 - 13.05.2020


13 may, Fineko/abc.az. Dünya bazarında neft qiymətlərinin dəyişkənliyi Səudiyyə Ərəbistanının siyasəti ilə bağlıdır.

ABC.AZ xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Twitter” hesabında yazıb.

“Xam neftin qiymətləri Səudiyyə Ərəbistanının hasilatı azaltması üzündən yüksəlir. Bizim milyonlarla iş yerinə malik möhtəşəm enerji şirkətlərimiz də yenidən çox yaxşı görünürlər. Eyni zamanda benzinin qiymətləri də rekord həddə azalıb” deyə Tramp qeyd edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər