12.01.2018,15:18
12 yanvar, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda şənbə günü, yanvarın 13-də gözlənilən hava proqnozunu açıqlayıb.
Beləliklə, Bakıda və Abşeronda yanvarın 13-də hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Səhər və axşam saatlarında bəzi yerlərdə zəif duman, çiskin olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Yarımadada gecə 2-5, gündüz isə 7-9 dərəcə isti, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti gözlənilir.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80% təşkil edəcək.
Azərbaycanın rayonlarında yanvarın 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə 0-5, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
19 Aprel 2018 | 17:27
19 Aprel 2018 | 17:06
19 Aprel 2018 | 16:32
19 Aprel 2018 | 16:19
19 Aprel 2018 | 15:22
19 Aprel 2018 | 15:13
19 Aprel 2018 | 14:54
19 Aprel 2018 | 14:50
19 Aprel 2018 | 13:52
19 Aprel 2018 | 13:13
19 Aprel 2018 | 12:40
19 Aprel 2018 | 12:33
19 Aprel 2018 | 13:52
19 Aprel 2018 | 11:29
19 Aprel 2018 | 12:40
19 Aprel 2018 | 14:54
19 Aprel 2018 | 12:33
19 Aprel 2018 | 13:13
19 Aprel 2018 | 15:22
19 Aprel 2018 | 10:46
19 Aprel 2018 | 14:50