Bu yollarda təmir işləri aparılacaq - Siyahı

11:05 - 13.05.2020


13 may, Fineko/abc.az. Avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması məqsədilə bu gün axşam saatlarınadək Moskva prospektinin köməkçi yolunda (“Şamaxı yolu” adlanan ərazi), Bakı Dairəvi-1 avtomobil yolu və Sumqayıt yolu (“Masazır dairəsi” istiqamətində), həmçinin 28 May küçəsində üfüqi nişanlanma xətlərinin çəkilişi və qeyd olunan yolların bəzi hissələrində əyrixətli dəmir tirlərin təmiri işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ABC.AZ-a bildirilib ki, sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər