Gürcüstanda pensiyalar artacaq - Qanuna dəyişiklik edilir

12:08 - 13.05.2020


13 may, Fineko/abc.az. Gürcüstanda parlamentə "Dövlət pensayası haqqında" qanun layihəsinə dəyişikliklər paketini irəli sürüb.

ABC.AZ Gürcüstan mediasına istinadən xəbər verir ki, sözügedən, qanun layihəsi pensiyaların artırılmasını nəzərdə tutur.

Belə ki, 12 aylıq inflyasiya indekisini nəzərə alaraq, 70 yaşadək olan pensiyanerlərin 20 lari, 70 yaş və daha artıq olanların pensiyaları isə 25 lari artırılması gündəmdədir.

Qeyd olunur ki, 70 yaş və daha artıq yaşı olan pensiyanerlərin aldıqları təqaüddə daha çox artım olacaq. Buna səbəb isə onların sosial vəziyyətləri, gəlirlərini itirmək göstəricilərinin daha çox olması, həmçinin daha çox tibbi ehtiyyaclarının olması ilə əlaqədardır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər