330x110
 

Sığorta bazarı 2016-cı ildən nəzarətsiz qalıb - Ekspert

13.05.2020,14:06


13 may, Fineko/abc.az. Banklardan fərqli olaraq sığorta şirkətlərinin maliyyə hesabatı o qədər də şəffaf deyil.

Bunu ABC.AZ-a ekspert Əkrəm Həsənov sığorta bazarının hazırki durumunu şərh edərkən deyib.

O qeyd edib ki, sığorta şirkətlərinin maliyyə durumunu dəqiq bilmək olmur.

Ə.Həsənov hesab edir ki, sığorta bazarı prinsipcə 2016-cı ildən nəzarətsiz qalıb: "Sığorta bazarının səlahiyyəti Maliyyə Bazarlarına Nəzarət Palatasına verildi. Palata isə bu işin öhdəsindən gələ bilmədi. Çox cüzi formada ancaq bank sektoru ilə məşğul idi. İndi də belə qalıb. Yəni burada hansısa bir meyarlarla nəsə bir obyektiv nəticəyə gəlmək olmur. Mərkəzi Bankın da bu sahədə kadrları yoxdur. Çünki Mərkəzi Bankın başı bu saat bank sektoruna qarışıb, orda daha çox vəsaitdən, riskdən söhbət gedir. Həm sığorta, həm də bank sektorunda atılan addımlar obyektiv meyarlarla getmir. Xüsusən də sığorta bazarında".

Müəllif: Elmir Murad