Anjey Kaspşik, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi vəzifəsinə yenidən seçilib

15:48 - 12.01.2018


12 yanvar, Fineko/abc.az. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik bu vəzifəyə daha bir il müddətinə seçilib.

ATƏT Katibliyində bildirildiyi kimi, bu qərar, ATƏT-in Daimi Şurasının iclasında qəbul edilib.

Bu vəzifədə 1997-ci ildən etibarən çalışan  Anjey Kaspşik, şəxsi nümayəndə kimi 21-ci dəfə seçilir.

Mandata əsasən, Anjey Kaspşik ATƏT-in sədrini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə təmsil edir, münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində onun səylərinə dəstək göstərir.

Anjey Kaspşik ATƏT-in münaqişə zonasında müntəzəm olaraq təşkil edilən monitorinq missiyalarında, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin bütün görüşlərində iştirak edir.

Həmçinin, Hünter Bahler, Cənubi Qafqazda ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi vəzifəsinə daha bir il müddətinə  yenidən seçilib

 

 

Bütün xəbərlər