Naxçıvanda ÜDM artıb - Statistika

16:59 - 13.05.2020


13 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Naxçıxan MR-da 743 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Naxçıvan Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,7% çoxdur.

Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 1,3% artaraq 1 615 manat təşkil edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər