Azərbaycan 12 ölkəyə yardım göndərib - Siyahı

17:46 - 13.05.2020


13 may, Fineko/abc.az. Azərbaycan Respublikası tərəfindən Çinə, İrana, İtaliyaya, Macarıstana, Özbəkistana, Bosniya və Hersoqovinaya, Xorvatiyaya, Qırğız Respublikasına, Pakistana, Tacikistana, Moldovaya, Serbiyaya humanitar yardımlar göstərilib.

ABC.AZ xəbər verir ki, bunu Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O qeyd edib ki, bu yardım adları çəkilən ölkələrin müraciəti əsasında göndərilib.

"Bu humanitar yardımlar həm müxtəlif tibbi ləvazimatlar formasında, həm də maliyyə şəklində olub" deyə H.Hacıyev əlavə edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər